F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli saatla 14:10-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt hava qismən buludlu, temperatur +20 dərəcə olacaq. Mülayim cənub küləyi əsəcək.
Startdan əvvəl yağış ehtimalı 30%-dir. Finişə doğru isə bu ehtimal 10%-dir.