F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın +25 dərəcəyə qədər qızacağı gözlənilir. Gün ərzində yağışın yağma ehtimalı 40%-dir və mülayim cənub-qərb küləyi əsəcək. Şənbə günü yağış ehtimalı çox yüksəkdir və temperatur maksimum +20 dərəcə olacaq.
Yarışın baş tutacağı bazar günü isə termometrlər maksimum +21 dərəcəni göstərəcəklər, yağıntı ehtimalı 30%-dir.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.