F-1.az xatırladır ki, yalnız birinci məşqlərdə Ferrari sürücüləri sürətli olublar – amma bunun əsas səbəbi Mercedes sürücülərinin ixtiyarında daha az HyperSoft təkərlərinin olması idi. Növbəti məşqlərdə Mercedes sürücüləri rəqiblərinə şans verməyiblər. Sıralanma turunun həlledici anında Həmilton səhvə yol verib, ona görə də poul Bottasa qismət olub – Fettelə poula yarım saniyədən çox uduzaraq ancaq 3-cü ola bilib.
Red Bull və Toro Rosso komandaları Rusiya mərhələsini güc qurğularını dəyişməyə seçiblər. Alonsonun da maşınında güc qurğusu dəyişdirilib, ona görə də bu beş sürücü – peletonun dörddə biri son cərgədən start almalı olub. Vandorn da ötürmələr qutusunu dəyişdiyi cəzalanıb, amma faktiki cəmi bir yer itirib.
Pirelli iki həftə əvvəl olduğu kimi Soçiyə HyperSoft, UltraSoft və Soft tərkiblərini gətiriblər. Amma tərkiblər arasındakı sürət fərqi Sinqapurdakı kimi olmayıb, sadəcə daha çox yanacaq ehtiyatı ilə HyperSoft tez yeyilib, ona görə də komandalar bu tərkibin yarışda istifadəsini minimuma endiriblər. Bir çox komandalar isə əvvəldə finala çıxmamağı planlaşdırıblar ki, yarışda azad təkər seçiminə malik olsunlar.
Mercedes və Ferrari sürücüləri sıralanma turunun ikinci sessiyasını UltraSoft-la keçiriblər, Renault isə sürücülərini sadəcə trasa buraxmayıb ki, finala çıxa bilməsinlər.
Starta iki saat qalmış yağış yağsa da, starta qədər asfalt quruyub. Ona görə də ilk onluqdakı altı sürücüdən başqa ancaq Hartli ən yumşaq tərkiblə start alıb, Mercedes və Ferrari sürücüləri kimi Williams və McLaren sürücüləri də UltraSoft seçiblər, digərləri isə Soft-a üstünlük veriblər.
Mercedes sürücüləri ilk cərgədən, Ferrari sürücüləri isə ikinci cərgədən start alıblar – Red Bull sürücüləri isə son cərgələrdə yer alıblar.
Startda Fettel hücuma cəhd etsə də, Bottas liderliyini qoruyub – ilk beşlikdə dəyişiklik olmayıb, Lekler isə Okonu üstələyib.
2-ci dövrədə Lekler Maqnusseni də keçərək 5-ci yerə yüksəlib. Ferstappen 3-cü dövrəni artıq 9-cu yerdə tamamlayıb. 3-cü dövrənin sonunda ilk onluq: Bottas – Həmilton – Fettel – Rəykkönen – Lekler – Maqnussen – Okon – Peres – Ferstappen – Qrojan.
3-cü dövrədə Hartli təkərlərini dəyişib. Qasli yerində fırlandıqdan sonra boksa yollanıb. Hər iki Toro Rosso sürücüsü əyləc problemi üzündən mübarizəni dayandırmalı olub.
Ferstappen isə Racing Point sürücülərini qabaqlayaraq 7-ci yerə yüksəlib. 6-cı dövrədə Alonso yeni təkərlərə keçib. 7-ci dövrədə Ferstappen Maqnusseni, növbəti dövrədə isə Lekleri üstələyərək 5-ci yerə qalxıb. 8-ci dövrədə Stroll təkərlərini dəyişib. Qrojan 3 yer itirdikdən sonra yeni təkərlər dalınca boksa tələsib. 9-cu dövrədə Rikkardo Erikssonu qabaqlayaraq, ilk onluğa daxil olub. 10-cu dövrənin sonunda ilk onluq: Bottas – Həmilton – Fettel – Rəykkönen – Ferstappen – Lekler – Maqnussen – Okon – Peres – Rikkardo.
10-cu dövrədə Maqnussen, 11-ci dövrədə Lekler, Okon və Sirotkin, 12-ci dövrədə Eriksson və Vandorn, 13-cü dövrədə Bottas və Peres mexaniklərinə baş çəkiblər. 14-cü dövrədə Fettel yeni təkərlərlə trasa Bottasın arxasında qayıdıb və sürətini artırıb. 15-ci dövrədə Həmilton pit-stopa yollanıb və trasa Sebastyanın arxasında qayıdıb.
Lyuis növbəti dövrədə dərhal hücuma atılıb. Onun ilk həmləsini Sebastyan dəf edib, amma ikinci həmləsində sonra Lyuis irəli çıxa bilib.
18-ci dövrədə Rəykkönen də təkərlərini dəyişib, Okon və Peres Saynsı üstələyiblər. Hələ boksa getməyən Ferstappen yarışa başçılıq edib.
Fettel Həmiltonla fərqli azaltdığına görə 25-ci dövrədə Bottas komandanın xahişi ilə Lyuisi irəli buraxıb. Racing Point komandası da Okondan xahiş edib ki, Peresi irəli buraxsın – Serxio öz növbəsində Maqnusseni keçməyə cəhd edib.
34-cü dövrədə Sayns, 35-ci dövrədə isə Hülkenberq Renault komandasının mexaniklərinin qonağı olublar. Peres 10 dövrə ərzində Maqnusseni keçə bilmədiyi üçün mövqeyini Okona qaytarmalı olub.
38-ci dövrədə Eriksson, bir dövrə sonra isə Rikkardo yeni təkərlərə keçiblər. 44-cü dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Ferstappen – Rikkardo – Lekler – Maqnussen – Okon – Peres.
Lyuis Həmilton Rusiya Qran Prisini öndə başa vuraraq, karyerasında 70-ci, mövsümdə isə 8-ci qələbəsini qazanıb. Britaniyalı sürücünün Fettel üzərindəki üstünlüyü 50 xala çatıb. Mercedes isə Soçidə keçirilən 5-ci yarışda 5-ci qələbəsini bayram edib.
Valtteri Bottas finişdə ikinci olub – Mercedes mövsümdə 3-cü qələbə dubluna sevinib. Sebastyan Fettel isə podiumu tamamlayıb.
Artıq gələn həftə mübarizə Suzukada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:27.25.181 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes | + 0:02.545 | 1 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:07.487 | 1 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:16.543 | 1 |
5 | 33 | Maks Ferstappen | Red Bull | + 0:31.016 | 1 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | + 1:20.451 | 1 |
7 | 16 | Şarl Lekler | Sauber | + 1:38.390 | 1 |
8 | 20 | Kevin Maqnussen | Haas | + 1 dövrə | 1 |
9 | 31 | Esteban Okon | Racing Point | + 1 dövrə | 1 |
10 | 11 | Serxio Peres | Racing Point | + 1 dövrə | 1 |
11 | 8 | Roman Qrojan | Haas | + 1 dövrə | 1 |
12 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 1 |
13 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 2 |
14 | 14 | Fernando Alonso | McLaren | + 1 dövrə | 1 |
15 | 18 | Ləns Stroll | Williams | + 1 dövrə | 1 |
16 | 2 | Stoffel Vandorn | McLaren | + 2 dövrə | 1 |
17 | 55 | Karlos Sayns | Renault | + 2 dövrə | 1 |
18 | 35 | Sergey Sirotkin | Williams | + 2 dövrə | 1 |
Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:35.861 (50-ci dövrə, 219.617 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Pyer Qasli | Toro Rosso | 4 | əyləc |
Brendon Hartli | Toro Rosso | 4 | əyləc |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 306 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 256 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 189 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 186 | |
5 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 158 | |
6 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 134 | |
7 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 53 | |
8 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 53 | |
9 | 14 | Fernando Alonso | McLaren F1 Team | 50 | |
10 | 11 | Serxio Peres | Racing Point Force India | 47 | |
11 | 31 | Esteban Okon | Racing Point Force India | 47 | |
12 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 38 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 28 | |
14 | 8 | Roman Qrojan | Haas F1 Team | 27 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 21 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 18 | Ləns Stroll | Williams Martini Racing | 6 | |
18 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 6 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 | |
20 | 35 | Sergey Sirotkin | Williams Martini Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 495 |
2 | Scuderia Ferrari | Ferrari | 442 |
3 | Aston Martin Red Bull Racing | Renault | 292 |
4 | Renault Sport Formula 1 Team | Renault | 91 |
5 | Haas F1 Team | Ferrari | 80 |
6 | McLaren F1 Team | Renault | 58 |
7 | Racing Point Force India | Mercedes | 35 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 30 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 27 |
10 | Williams Martini Racing | Mercedes | 7 |