F-1.az bildirir ki, sürücülər əsasən HyperSoft tərkibi ilə, amma müxtəlif yanacaq ehtiyatı ilə işləyiblər – təkərlərin yeyilməsini azaltmaqla daha uzun məsafə qət etməyə çalışıblar ki, yarışda istifadə ediləcək strategiyanı müəyyən etsinlər.
Dünən Ferrari sürücüləri maşına sürət çatışmamasından gileylənmişdilər, ona görə də mexaniklər hər iki maşında asılqanların konstruksiyasına düzəlişlər ediblər – sürücülər boksda vaxt itirməli olublar.
Məşqlərin sonuna 10 dəqiqə qalmış Lyuis Həmilton trasın mütləq rekorduna imza atıb – 1:33.067. Digər komandaların sürücüləri Lyuis yarım saniyədən çox uduzublar.
Sessiya sakit keçib. Sürücülər maşınlara zərər vermədən limitləri axtarıblar, ona görə də tras kənarına çox çıxıblar. Son dəqiqələrdə Qrojan yerində fırlanıb. Sessiyanın sonunda Fettel daha bir dövrəyə ümid etsə də, pit-leynin çıxışında qırmızı işıq yandığı üçün dayanmalı olub…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:33.067 | — | 13 |
2 | 77 | Valtteri Bottas | Mercedes | 1:33.321 | + 0:00.254 | 16 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33.667 | + 0:00.600 | 14 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:33.688 | + 0:00.621 | 11 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.937 | + 0:00.870 | 11 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:34.394 | + 0:01.327 | 14 |
7 | 16 | Şarl Lekler | Sauber | 1:34.628 | + 0:01.561 | 15 |
8 | 31 | Esteban Okon | Racing Point | 1:34.809 | + 0:01.742 | 16 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:34.820 | + 0:01.753 | 15 |
10 | 11 | Serxio Peres | Racing Point | 1:34.916 | + 0:01.849 | 14 |
11 | 55 | Karlos Sayns | Renault | 1:34.988 | + 0:01.921 | 13 |
12 | 10 | Pyer Qasli | Toro Rosso | 1:35.125 | + 0:02.058 | 21 |
13 | 8 | Roman Qrojan | Haas | 1:35.185 | + 0:02.118 | 18 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:35.213 | + 0:02.146 | 12 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:35.370 | + 0:02.303 | 16 |
16 | 28 | Brendon Hartli | Toro Rosso | 1:36.033 | + 0:02.966 | 22 |
17 | 35 | Sergey Sirotkin | Williams | 1:36.071 | + 0:03.004 | 16 |
18 | 18 | Ləns Stroll | Williams | 1:36.274 | + 0:03.207 | 20 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:36.597 | + 0:03.530 | 14 |
20 | 14 | Fernando Alonso | McLaren | 1:36.992 | + 0:03.925 | 21 |