F-1.az bildirir ki, dünən nahara qədər Sebastyan Fettel protokollara başçılıq etsə də, nahardan sonra Ferrari-nin sürücüləri sürət çatışmazlığından gileyləniblər. Mercedes sürücüləri isə ən yumşaq təkər tərkibində rəqiblərindən çox sürətli olublar. Bu gün səhər Lyuis Həmiltonun Fettel üzərində üstünlüyü 0.6 saniyəyə çatıb.
Pirelli iki həftə əvvəl olduğu kimi Soçiyə HyperSoft, UltraSoft və Soft tərkiblərini gətiriblər. Amma tərkiblər arasındakı sürət fərqi Sinqapurdakı kimi olmayıb, sadəcə daha çox yanacaq ehtiyatı ilə HyperSoft tez yeyilib, ona görə də komandalar bu tərkibin yarışda istifadəsini minimuma endiriblər. Bir çox komandalar isə əvvəldə finala çıxmamağı planlaşdırıblar ki, yarışda azad təkər seçiminə malik olsunlar.
İlk sessiyaya hamı HyperSoft tərkibi ilə çıxıb. Sürücülər dövrələr seriyası ilə işləyiblər, yavaş dövrələri sürətli dövrələrlə növbələyiblər ki, təkərləri işçi rejimə çıxara bilsinlər. Həmilton protokollara başçılıq edib – 1:32.410.
Son sürətli dövrəsində Sirotkin yerində fırlanıb, maşının arxası baryerlərə toxunub, amma Sergey maşını boksa çatdıra bilib. Mübarizəni isə Hartli ilə bərabər Williams və McLaren sürücüləri dayandırıblar.
İkinci sessiyaya Mercedes və Ferrari sürücülər UltraSoft tərkibdə başlayıblar. Digər sürücülər isə HyperSoft-a üstünlük veriblər. Red Bull, Toro Rosso və Renault sürücüləri, ümümiyyətlə, trasa çıxmayıblar – bəziləri cəzalarına görə, bəziləri isə son sessiyaya çıxmaq istəmədiklərinə görə.
İlk cəhdindən Həmilton protokollara başçılıq edib – 1:32.595. Qasli ilə birlikdə Red Bull və Renault sürücüləri növbəti sessiyaya keçməyiblər.
Son sessiyaya hamı yenə də HyperSoft-la çıxıb. İlk cəhdində Bottas möhtəşəm nəticə göstərib – 1:31.528 və komanda yoldaşını çox cüzi (0.004 saniyə) üstələyib.
İkinci cəhdində Valtteri nəticəsini bir qədər də yaxşılaşdırıb – 1:31.387, Soçinin yeni rekorduna imza atıb. Həmilton ilk sektorda ən yaxşı nəticə göstərsə də, ikinci sektorda səhvə yol verib və boksa qayıdıb.
Valtteri Bottas Soçidə sıralanma turunda qalib gələrək, mövsümdə 2-ci, karyerasında isə 6-cı poulunu qazanıb. Həmilton ikinci nəticə göstərib – Mercedes sürücüləri ilk cərgəni tam zəbt ediblər.
İkinci cərgə tam qırmızı alınıb – Fettel növbəti dəfə Rəykköneni qabaqlayıb. Üçüncü cərgədən isə Maqnussen və Okon start alacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 77 | Valtteri Bottas | Mercedes | 2 | 1:32.964 | 5 | 2 | 1:32.744 | 6 | 1:31.387 | 7 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | 1 | 1:32.410 | 7 | 1 | 1:32.595 | 6 | 1:31.532 | 5 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 6 | 1:33.476 | 7 | 3 | 1:33.045 | 5 | 1:31.943 | 7 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 5 | 1:33.341 | 7 | 4 | 1:33.065 | 5 | 1:32.237 | 6 |
5 | 20 | Kevin Maqnussen | Haas | 9 | 1:34.078 | 4 | 8 | 1:33.747 | 5 | 1:33.181 | 6 |
6 | 31 | Esteban Okon | Racing Point | 12 | 1:34.290 | 5 | 7 | 1:33.596 | 6 | 1:33.413 | 6 |
7 | 16 | Şarl Lekler | Sauber | 7 | 1:33.924 | 8 | 5 | 1:33.488 | 3 | 1:33.419 | 6 |
8 | 11 | Serxio Peres | Racing Point | 10 | 1:34.084 | 5 | 9 | 1:33.923 | 5 | 1:33.563 | 6 |
9 | 8 | Roman Qrojan | Haas | 8 | 1:34.022 | 8 | 6 | 1:33.517 | 3 | 1:33.704 | 6 |
10 | 9 | Markus Eriksson | Sauber | 11 | 1:34.170 | 8 | 10 | 1:33.995 | 6 | 1:35.196 | 3 |
11 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:33.048 | 5 | 11 | – | – | ||
12 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:33.247 | 4 | 12 | – | – | ||
13 | 10 | Pyer Qasli | Toro Rosso | 13 | 1:34.383 | 8 | 13 | – | – | ||
14 | 55 | Karlos Sayns | Renault | 14 | 1:34.626 | 6 | 14 | – | – | ||
15 | 27 | Niko Hülkenberq | Renault | 15 | 1:34.655 | 6 | 15 | – | – | ||
16 | 28 | Brendon Hartli | ToroRosso | 16 | 1:35.037 | 7 | |||||
17 | 14 | Fernando Alonso | McLaren | 17 | 1:35.504 | 6 | |||||
18 | 35 | Sergey Sirotkin | Williams | 18 | 1:35.612 | 6 | |||||
19 | 2 | Stoffel Vandorn | McLaren | 19 | 1:35.977 | 6 | |||||
20 | 18 | Ləns Stroll | Williams | 20 | 1:36.437 | 7 |