F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…
Cümə axşamı konfrans otağına dörd sürücü: peletonda yeganə yerli sürücü Sergey Sirotkin (Williams), sonuncu Rusiya yarışının qalibi Valtteri Bottas (Mercedes) və hər Sauber-in hər iki sürücüsü – Markus Eriksson və Şarl Lekler dəvət olunub.
Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Toto Volff (Mercedes AMG), Siril Abitebul (Renault), Otmar Safnauer (Racing Point) və Pirelli Motorsport-un başçısı Mario İzola jurnalistlərin suallarını cavablandıracaqlar.