F-1.az xatırladır ki, Pirelli iki həftə əvvəl Sinqapurda istifadə olunan tərkibləri Soçiyə də gətirib, amma daha çox yanacaq ehtiyatı ilə HyperSoft tərkibi daha hamar Soçi asfaltında çox tez yeyilib, UltraSoft tərkibi daha tez dənlə örtülüb, Soft tərkibi isə daha böyük məsafə qət etməyə imkan verib. Komandalar sürücüləri arasında proqram bölgüsü ediblər ki, daha çox məlumat toplasınlar.
Sessiya ciddi insidentsiz ötüşüb. Fettel, Rəykkönen, Bottas, Sirotkin, Hülkenberq və Lekler tras kənarına çıxsalar da, maşınlara ciddi zərər dəyməyib. Məşqlərin sonunda Fettel yerində fırlanıb, amma təkərlərini dəyişərək işləməyə davam edib.
Mercedes sürücüləri həftəsonuna hamıdan az HyperSoft tərkibi seçdikləri üçün yalnız nahardan sonra bu təkərlərlə işləyə biliblər və yekunda hamıdan sürətli olublar. Bu gün trasın mütləq rekordu (1:33.194) yenilənməyib, amma sabah bu nəticə asanlıqla yenilənəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:33.385 | — | 35 |
2 | 77 | Valtteri Bottas | Mercedes | 1:33.584 | + 0:00.199 | 33 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.827 | + 0:00.442 | 32 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:33.844 | + 0:00.459 | 37 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33.928 | + 0:00.543 | 33 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:34.388 | + 0:01.003 | 31 |
7 | 11 | Serxio Peres | Racing Point | 1:35.122 | + 0:01.737 | 30 |
8 | 10 | Pyer Qasli | Toro Rosso | 1:35.137 | + 0:01.752 | 28 |
9 | 31 | Esteban Okon | Racing Point | 1:35.147 | + 0:01.762 | 33 |
10 | 9 | Markus Eriksson | Sauber | 1:35.295 | + 0:01.910 | 35 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:35.331 | + 0:01.946 | 33 |
12 | 55 | Karlos Sayns | Renault | 1:35.341 | + 0:01.956 | 37 |
13 | 16 | Şarl Lekler | Sauber | 1:35.432 | + 0:02.047 | 32 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:35.568 | + 0:02.183 | 35 |
15 | 8 | Roman Qrojan | Haas | 1:35.911 | + 0:02.526 | 35 |
16 | 28 | Brendon Hartli | Toro Rosso | 1:36.024 | + 0:02.639 | 29 |
17 | 14 | Fernando Alonso | McLaren | 1:36.074 | + 0:02.689 | 34 |
18 | 2 | Stoffel Vandorn | McLaren | 1:36.617 | + 0:03.232 | 31 |
19 | 35 | Sergey Sirotkin | Williams | 1:36.861 | + 0:03.476 | 39 |
20 | 18 | Ləns Stroll | Williams | 1:37.001 | + 0:03.616 | 35 |