Rusiya-2018: Həftəsonuna hava proqnozu

Rusiya Qran Prisi günlərində son hava proqnozu minimum ehtimalla yaxşı hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü zəif cənub-qərb küləyi sayəsində havanın hərarəti +22 dərəcəyədək qızacaq.

Şənbə günü termometrlər +24 dərəcəni göstərsələr də, gün ərzində yağışın yağma ehtimalı 20% təşkil edəcək.

Yarış günü zəif cənub-qərb küləyi temperaturu +25 dərəcəyə çatdıracaq, yağışın yağma ehtimalı yarışdan əvvəl yüksək olsa da, yarış zamanı cəmi 10% təşkil edəcək.

Xatırladaq ki, keçən il Rusiya Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*