F-1.az bildirir ki, bəzi komandalar Soçiyə yeniliklər gətiriblər və gələnilki maşınlar üçün bəzi elementləri test ediblər. Ferrari-nin mühəndisləri ciddi yenilənmiş ön qanad üzərində işləyiblər.
Sessiya ciddi insidentsiz ötüşüb. Lando Norris və Ləns Stroll yerində fırlanıblar, Valtteri Bottas bir neçə dəfə tras xaricinə səyahət edib. Boksda Rikkardonun maşını tüstülənib – mexaniklər maşının altlığını dəyişiblər, amma ötürmələr qutusunun nasazlığından şübhələniblər, ona görə də avstraliyalı sürücü bir daha trasa qayıtmayıb.
Mercedes sürücüləri ən yumşaq HyperSoft tərkibi ilə işləməyiblər, Sebastyan Fettel və Maks Ferstappen isə ancaq bu tərkiblərlə çalışıblar, ona görə də protokollara başçılıq ediblər…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:34.488 | — | 19 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:34.538 | + 0:00.050 | 22 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 1:34.818 | + 0:00.330 | 23 |
4 | 77 | Valtteri Bottas | Mercedes | 1:34.999 | + 0:00.511 | 28 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.524 | + 0:01.036 | 11 |
6 | 31 | Esteban Okon | Racing Point | 1:35.663 | + 0:01.175 | 24 |
7 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:35.696 | + 0:01.208 | 19 |
8 | 20 | Kevin Maqnussen | Haas | 1:36.196 | + 0:01.708 | 21 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:36.274 | + 0:01.786 | 18 |
10 | 36 | Antonio Covinatsi | Sauber | 1:36.712 | + 0:02.224 | 22 |
11 | 8 | Roman Qrojan | Haas | 1:36.816 | + 0:02.328 | 23 |
12 | 10 | Pyer Qasli | Toro Rosso | 1:36.944 | + 0:02.456 | 25 |
13 | 47 | Lando Norris | McLaren | 1:37.022 | + 0:02.534 | 25 |
14 | 16 | Şarl Lekler | Sauber | 1:37.054 | + 0:02.566 | 24 |
15 | 46 | Artyom Markelov | Renault | 1:37.183 | + 0:02.695 | 22 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:37.187 | + 0:02.699 | 27 |
17 | 34 | Nikolas Latifi | Racing Point | 1:37.206 | + 0:02.718 | 24 |
18 | 35 | Sergey Sirotkin | Williams | 1:37.225 | + 0:02.737 | 25 |
19 | 28 | Brendon Hartli | Toro Rosso | 1:37.944 | + 0:03.456 | 28 |
20 | 18 | Ləns Stroll | Williams | 1:39.137 | + 0:04.649 | 13 |