F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.
Sonuncu dəfə finlandiyalı sürücü bu il Çində stüardlıq etmişdi, Rusiya Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda ona FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyar və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot kömək edəcəklər.