F-1.az xəbər verir ki, sürücülər sessiyanın əvvəlində Soft və SuperSoft təkərlərlə işləyiblər. Aşınma minimal səviyyədə olub. Kvyat 15-ci döngədə yerində fırlanıb. Verlyayn və Qrojan ikinci, Rikkardo isə yeddinci döngədə trasdan çıxıb.
Sessiyanın sonuna yaxın Rikkardonun maşını güc qurğusu söndüyündən 3-cü və 4-cü döngələr arasındakı düzlükdə dayanıb. Daniel mühəndisin köməyi ilə mühərriyi yenidən işə sala bilib və məşqini davam etdirib. Son dəqiqələrdə isə əksər sürücülər sıralanma turu rejimində işləyiblər. Fettel bu dəfə də ən sürətli olub və trasın yeni rekordunu müəyyən edib – 1:34.001. Bu rekord çox güman ki, sıralanma turunda yenilənəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:34.001 | – | 17 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:34.338 | + 0:00.337 | 16 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:34.364 | + 0:00.363 | 20 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.542 | + 0:00.541 | 19 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:35.452 | + 0:01.451 | 21 |
6 | 19 | Felipe Massa | Williams | 1:35.471 | + 0:01.470 | 17 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:35.662 | + 0:01.661 | 15 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.830 | + 0:01.829 | 24 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:36.164 | + 0:02.163 | 20 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:36.556 | + 0:02.555 | 19 |
11 | 18 | Ləns Stroll | Williams | 1:36.649 | + 0:02.648 | 19 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:36.676 | + 0:02.675 | 22 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:36.846 | + 0:02.845 | 18 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:36.869 | + 0:02.868 | 12 |
15 | 11 | Serxio Peres | Force İndia | 1:36.962 | + 0:02.961 | 21 |
16 | 8 | Roman Qrojan | Haas | 1:37.164 | + 0:03.163 | 20 |
17 | 2 | Stoffel Vandorn | McLaren | 1:37.182 | + 0:03.181 | 15 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:37.503 | + 0:03.502 | 21 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:37.657 | + 0:03.656 | 17 |
20 | 30 | Colion Palmer | Renault | – | 4 |