Qonşu ölkə bu tarixi hadisəyə uzun bir yol keçmişdi, onlarla avtodrom tikilmişdi, amma yalnız Soçinin Olimpiya Parkında salınan avtodrom layihəsi reallığa çevrildi.
Hermann Tilke Rusiya Qran Prisi üçün bir neçə layihə hazırlamışdı, layihələrdən biri yarışın düz Moskvanın mərkəzində keçirilməsini nəzərdə tutrdu – Berni Ekklstoun hələ 1982-ci ildən Kremlin fonunda Qızıl Meydanda yarış görməyi arzulayırdı, amma bu layihələrin bəzisi elə kağız üzərində qaldı, bəzisi isə avtodrom kimi tikilsə də, daha aşağı seriyaların yarışları üçün yararlı oldu. 2009-cu ilin sentyabrında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirdi ki, ölkənin kurort paytaxtı Formula1 yarışını keçirməyə köklənib. 2010-cu ilin oktyabrında isə Krasnodar diyarının nümayəndələri Berni Ekklstounla 2014-cü ildən başlayaraq Formula1 yarışının keçirilməsi üzrə 7 illik müqavilə imzaladılar.
Tikinti işləri Olimpiya Oyunları günlərində dayandırılsa da, avtodromun tikintisi vaxtından əvvəl başa çatdırıldı, ilk yarışa iki ay qalmış Soçi Avtodromu FİA-nın son təftişini keçərək rəsmi lisenziyasını aldı, 2014-cü ilin sentyabrın 20-də isə tras rəsmən açıq elan olundu.
Həmin ilin sonunda FİA-nın Baş Assambleyası Soçi Avtodromundakı debüt yarışını Mövsümün Ən Yaxşı Qran Prisi adlandırdı, avtodrom özü isə bir neçə mükafata layiq görüldü.
2017 FORMULA 1 VTB RUSSIAN GRAND PRIX |
||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
28 aprel-30 aprel 2017 | Sochi Autodrom | 5848 m | 53 | 309.732 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Soçi Avtodromu dünyada Qış Olimpiya Oyunları keçirilmiş parkda salınmış yeganə yarış kompleksidir. Tras müxtəlif konfiqurasiyalardan ibarət olmaqla beynəlxalq və yerli yarışlar üçün nəzərdə tutulub və ilboyu istifadə oluna bilər.
Trasın konfiqurasiyasını hazırlayan zaman Olimpiya Parkının arxitekturası nəzərə alınıb, amma tras kifayət qədər sürətli alınıb. Dövrədə orta hərəkət sürəti 210 km/saat, maksimal sürət 330 km/saatdır. Yarış konfiqurasiyasında 12 sağ və 6 sol döngə nəzərdə tutulub.
Tras asfaltayatma qüvvəsinin yüksək kəmiyyətini tələb edir, xüsusən də uzun üçüncü və çoxsaylı 90 dərəcəli döngələrdə. Sazlanmalar eynilə Sinqapurda olduğu kimidir, amma Soçidə daha uzun düzlüklər olduğu üçün mühəndislər ənənəvi asfaltayatma qüvvəsi ilə sürət arasındakı kompromisi daha çox axtarmalı olacaqlar.
Tras motorun gücünə elə də tələbkar deyil, amma çox şey ERS-in effektivliyindən asılıdır. Əyləclərin yüklənməsi ortadır, ikinci və on üçüncü döngələrdə ciddi əylənmə nöqtəsi var.
2016-cı ilin Rusiya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Buludlu. Quru | Niko Rosberq | Mercedes AMG | 1:38.127 |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:37.583 |
1-ci sərbəst yürüşlər | Buludlu. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:36.403 |
Sıralanma turu | Buludlu. Quru | Niko Rosberq | Mercedes AMG | 1:35.337 |
Yarışda sürətli dövrə | Buludlu. Quru | Niko Rosberq | Mercedes AMG | 1:39.094 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Rusiya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Rusiya Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
28 aprel | 1-ci sərbəst yürüşlər | 12:00 | – |
28 aprel | 2-ci sərbəst yürüşlər | 16:00 | – |
29 aprel | 3-cü sərbəst yürüşlər | 13:00 | – |
29 aprel | Sıralanma turu | 16:00 | 15:55 |
30 aprel | Yarış | 16:00 | 15:55 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Pirelli şirkəti Soçiyə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.
Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Soft, 4 dəst SuperSoft və 7 dəst UltraSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.
STATİSTİKA
Hazırkı pilotların Rusiya Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
Lyuis Həmilton | 3 | 68 | 1 | 3 | 2 |
Valtteri Bottas | 3 | 27 | – | 1 | – |
Sebastyan Fettel | 3 | 22 | – | 1 | – |
Felipe Massa | 3 | 22 | – | – | – |
Kimi Rəykkönen | 3 | 21 | – | 1 | – |
Serxio Peres | 3 | 20 | – | 1 | – |
Kevin Maqnussen | 2 | 16 | – | – | – |
Fernando Alonso | 3 | 16 | – | – | – |
Daniil Kvyat | 3 | 10 | – | – | – |
Daniel Rikkardo | 3 | 6 | – | – | – |
Roman Qrojan | 3 | 4 | – | – | – |
Maks Ferstappen | 2 | 1 | – | – | – |
Niko Hülkenberq | 3 | – | – | – | – |
Markus Eriksson | 3 | – | – | – | – |
Karlos Sayns | 2 | – | – | – | – |
Colion Palmer | 2 | – | – | – | – |
Paskal Verlyayn | 1 | – | – | – | – |
Ləns Stroll | – | – | – | – | – |
Stoffel Vandorn | – | – | – | – | – |
Esteban Okon | – | – | – | – | – |
Rusiya Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
01.05.2016 | Soçi | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
11.10.2015 | Soçi | N.Rosberq | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
12.10.2014 | Soçi | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |