Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az xəbər verir ki, ötən həftəsonu Soçidə keçirilən yarışda Kevin Maqnussen və Stoffel Vandorn 1 cərimə balı alıblar. Yeri gəlmişkən, Maqnussenin keçən il İspaniyada aldığı 2 balının müddəti tezliklə bitəcək. Mayın 14-də Kataloniyada baş tutacaq yarışa qədər isə keçən il Rusiya Qran Prisində cəzalandırılan Daniil Kvyatın 3, Esteban Qutyerres və Karlos Saynsın 2 balı silinəcək. Beləliklə, Kvyatın bu reytinqdəki “liderliyi” başa çatacaq, ən çox cərimə balı alan sürücü Colion Palmer olacaq (bu dəyişikliklər hamısı indidən aşağıdakı cədvəldə nəzərə alınıb)…
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə |
1 | 30 | Colion Palmer | 7 | 2 (Avstriya, 2016) | 2 (Əbu Dabi, 2016) | 3 (Çin, 2017) |
2 | 5 | Sebastyan Fettel | 6 | 2 (Britaniya, 2016) | 2 (Malayziya, 2016) | 2 (Meksika, 2016) |
3 | 6 | Niko Rosberq | 6 | 2 (Avstriya, 2016) | 2 (Almaniya, 2016) | 2 (Malayziya, 2016) |
4 | 55 | Karlos Sayns | 5 | 2 (Almaniya, 2016) | 1 (Meksika, 2016) | 2 (Bəhreyn, 2017) |
5 | 21 | Esteban Qutyerres | 5 | 2 (Macarıstan, 2016) | 3 (Belçika, 2016) | |
6 | 26 | Daniil Kvyat | 5 | 2 (Monako, 2016) | 2 (ABŞ, 2016) | 1 (Meksika, 2016) |
7 | 20 | Kevin Maqnussen | 5 | 2 (İspaniya, 2016) | 2 (ABŞ, 2016) | 1 (Rusiya, 2017) |
8 | 94 | Paskal Verlyayn | 4 | 4 (Monako, 2016) | ||
9 | 31 | Esteban Okon | 4 | 2 (Sinqapur, 2016) | 2 (Braziliya, 2016) | |
10 | 27 | Niko Hülkenberq | 4 | 4 (Çin, 2017) | ||
11 | 12 | Felipe Nasr | 4 | 2 (Avstriya, 2016) | 2 (İtaliya, 2016) | |
12 | 8 | Roman Qrojan | 3 | 3 (Çin, 2017) | ||
13 | 11 | Serxio Peres | 3 | 3 (Sinqapur, 2016) | ||
14 | 7 | Kimi Rəykkönen | 2 | 2 (Avropa, 2016) | ||
15 | 9 | Markus Eriksson | 2 | 2 (Monako, 2016) | ||
16 | 88 | Rio Haryanto | 2 | 2 (Avstriya, 2016) | ||
17 | 19 | Felipe Massa | 2 | 2 (Braziliya, 2016) | ||
18 | 77 | Valtteri Bottas | 2 | 2 (Monako, 2016) | ||
19 | 44 | Lyuis Həmilton | 2 | 2 (Bəhreyn, 2017) | ||
20 | 33 | Maks Ferstappen | 1 | 1 (Meksika, 2016) | ||
21 | 2 | Stoffel Vandorn | 1 | 1 (Rusiya, 2017) |