Ənənəvi sürüşkən və hamar Soçi asfaltı dördüncü Qran Priyə codlaşmayıb – sürücülər asfaltla ilişmənin zəifliyindən gileyləniblər, təkərləri qızdırmaq və lazımi işçi rejimə çatdırmaq isə asan olmayıb. Keçən illərdə olduğu kimi, sıralanma turunda sürücülər bir neçə dövrədən ibarət seriyalarla işləyiblər ki, təkərlərin effektivliyini artırsınlar.
Dünən və bu gün səhər məşqlərində Ferrari sürücüləri liderlik etsələr də, Mercedes sürücüləri tədricən fərqi azaldıblar. Mövsümün bütün poullarını, eləcə də Soçi trasındakı bütün poulları bu günə qədər Mercedes sürücüləri qazanmışdılar, amma bu gün Ferrari sürücüləri qətiyyətli görünüblər.
Colion Palmer həftəsonu ərzində əvvəlcə şassisini, bu gün səhər isə güc qurğusunu dəyişməli olub – mexaniklər işlərini sıralanma turuna 10 dəqiqə qalmış bitiriblər.
Birinci sessiyaya yalnız Ferrari sürücüləri SuperSoft-la çıxıblar, digər sürücülər isə birbaşa UltraSoft-la başlayıblar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:34.041. Sessiyanın sonunda sürətli dövrəsini başa vuran Verlyayn yerində fırlanıb. Eyni anda 3-cü döngədə Palmer də trasdan çıxaraq baryerlərə çırpılıb. Onlardan başqa Vandorn, Eriksson və Qrojan da mübarizəni dayandırıblar.
İkinci sessiyada ilk cəhdinə bütün sürücülər UltraSoft-la çıxıblar və Bottas protokollara başçılıq edib. Son sessiyaya isə Sayns, Stroll, Kvyat, Maqnussen və Alonso keçə bilməyiblər.
Son sessiyada sürücülər bir neşə dövrə vurduqdan sonra sürətli dövrəyə başlamağa üstünlük veriblər. İlk cəhdində protokollara Kimi Rəykkönen başçılıq edib – 1:33.253. Sebastyan Fettel ikinci səhdində komanda yoldaşını cüzi üstələyib – 1:33.194, amma Mercedes sürücüləri bunu edə bilməyiblər.
Beləliklə, Sebastyan mövsümdə və Soçidə ilk, karyerasında isə 47-ci poulunu qazanıb. Rəykkönenin ikinci nəticə göstərməsi 2008-ci ilin Fransa Qran Prisindən sonra Ferrari-yə ilk dəfə birinci cərgəni zəbt etməyə imkan verib. Mercedes sürücüləri ikinci cərgədən start alacaqlar, maraqlıdır ki, iki həftə əvvəl olduğu kimi bu dəfə də Bottas Həmiltonu üstələyib. Rikkardo və Massa 3-cü cərgədən start alacaqlar.
Sabah bizi maraqlı start və yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 5 | Sebastyan Fettel | Ferrari | 3 | 1:34.493 | 6 | 4 | 1:34.038 | 7 | 1:33.194 | 7 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 4 | 1:34.953 | 5 | 2 | 1:33.663 | 7 | 1:33.253 | 6 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:34.041 | 6 | 1 | 1:33.264 | 4 | 1:33.289 | 8 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:34.409 | 7 | 3 | 1:33.760 | 4 | 1:33.767 | 8 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 8 | 1:35.560 | 7 | 8 | 1:35.483 | 7 | 1:34.905 | 6 |
6 | 19 | Felipe Massa | Williams | 10 | 1:35.828 | 6 | 5 | 1:35.049 | 8 | 1:35.110 | 6 |
7 | 33 | Maks Ferastappen | Red Bull | 5 | 1:35.301 | 7 | 6 | 1:35.221 | 5 | 1:35.161 | 6 |
8 | 27 | Niko Hülkenberq | Renault | 7 | 1:35.507 | 7 | 7 | 1:35.328 | 8 | 1:35.285 | 6 |
9 | 11 | Serxio Peres | Force İndia | 12 | 1:36.185 | 7 | 9 | 1:35.513 | 5 | 1:35.337 | 6 |
10 | 31 | Esteban Okon | Force İndia | 6 | 1:35.372 | 8 | 10 | 1:35.729 | 6 | 1:35.430 | 6 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 9 | 1:35.827 | 10 | 11 | 1:35.948 | 8 | ||
12 | 18 | Ləns Stroll | Williams | 13 | 1:36.279 | 9 | 12 | 1:35.964 | 9 | ||
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 11 | 1:35.984 | 10 | 13 | 1:35.968 | 8 | ||
14 | 30 | Kevin Maqnussen | Haas | 15 | 1:36.408 | 10 | 14 | 1:36.017 | 6 | ||
15 | 14 | Fernando Alonso | McLaren | 14 | 1:36.353 | 8 | 15 | 1:36.660 | 6 | ||
16 | 20 | Colion Palmer | Renault | 16 | 1:36.462 | 9 | |||||
17 | 2 | Stoffel Vandorn | McLaren | 17 | 1:37.070 | 9 | |||||
18 | 94 | Paskal Verlyayn | Sauber | 18 | 1:37.332 | 9 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:37.507 | 9 | |||||
20 | 8 | Roman Qrojan | Haas | 20 | 1:37.620 | 9 |