Rusiya-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Pirelli şirkəti Soçiyə assortimentində olan ən yumşaq üçlüyü - UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Çempionatın iştirakçıları eyni tərkiblərlə mövsümün ilk yarışı Avstraliyada işləmişdilər.

F-1.az xatırladır ki, keçən il debüt etmiş UltraSoft tərkibi Soçiyə birinci dəfə gətiriləcək və Pirelli Motorsport-un başçısı Mario İzola bu seçimi optimal hesab edir…

Mario İzola: “Soçi yarışından əvvəl komandalar Bəhreyndə ikigünlük testlərdə çalışmışdılar, ona görə də testlərin nəticəsini işdə görmək maraqlı olacaq – Rusiya Qran Prisinin gedişində təkərlərin vəziyyətinə nəzarət vacib olacaq.

İlk görünüşdə hamar asfalt və yeni təkərlər bir pit-stoplu strategiyanı reallaşdırmağa imkan verəcək. Amma biz Soçiyə ilk dəfə UltraSoft tərkibini gətirmişik və bu qərarın yeni maşınlarda effektivliyinə qiymət vermək asan deyil. Ən yumşaq tərkiblərin sürətləri arasında fərq elə də böyük deyil – hər üç tərkibdən yarışın gedişində istifadə eləmək olar”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*