Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Valtteri Bottas (Mercedes AMG), Roman Qrojan (Haas) və Daniil Kvyat (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Kimi Rəykkönen (Ferrari), Daniel Rikkardo (Red Bull) və Paskal Verlyayn (Sauber) mətbuat işçilərinin qarşısında oturacaqlar.
Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Nik Çester (Renault), Luici Fraboni (Ferrari) və Yusuke Haseqava (Honda), sonra isə Mario İzola (Pirelli), Mett Morris (McLaren) və Otmas Safnauer (Force İndia) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…