F-1.az xəbər verir ki, McLaren komandasında Stoffel Vandornun maşınında güc qurğusunu vaxtında dəyişə bilməyiblər və belçikalı sürücü sessiyanın ilk 12 dəqiqəsini boksda keçirməli olub. Qeyd edək ki, Stoffel artıq beşinci güc qurğusuna keçdiyi üçün startda yer itirəcək.
Kevin Maqnussen bir dövrə vurduqdan sonra boksa qayıtmalı olub. Mexaniklər maşın üzərində 15 dəqiqə işlədikdən sonra danimarkalı sürücü məşqlərə davam edib. Kimi Rəykkönen UltraSoft təkərlərə keçən ilk sürücü olub və dərhal sürətli dövrə vurub. Digər sürücülər də UltraSoft tərkibə keçiblər. Lakin burada keçən il olduğu kimi, bu il də təkərləri qızdırmaq çətindir.
Maks Ferstappen sessiyanın başa çatmasına 20 dəqiqə qalmış pit yolunun girişində dayanmalı olub – yanacağın təzyiqinin aşağı olmasına görə mühərrik sönüb və sessiya onun üçün vaxtından əvvəl başa çatıb.
Sebastyan Fettel trasın yeni rekordunu müəyyənləşdirib və protokollara başçılıq edib – 1:34.120. Halbuki, alman sürücü dünən ehtiyatlı danışırdı və Mercedes AMG-ni əsas favorit hesab edirdi, amma bu gün Bottas və Həmiltonu yarım saniyədən çox qabaqlayıb. Rəykkönen isə sessiya bitdikdən sonra qırmızı bayraqlara məhəl qoymadan trasa çıxıb.
Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:34.120 | – | 36 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:34.383 | + 0:00.263 | 36 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:34.790 | + 0:00.670 | 36 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.829 | + 0:00.709 | 34 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:35.540 | + 0:01.420 | 15 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.910 | + 0:01.790 | 26 |
7 | 19 | Felipe Massa | Williams | 1:36.261 | + 0:02.141 | 39 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:36.329 | + 0:02.209 | 38 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:36.506 | + 0:02.386 | 31 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:36.600 | + 0:02.480 | 38 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:36.654 | + 0:02.534 | 39 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:36.765 | + 0:02.645 | 27 |
13 | 30 | Colion Palmer | Renault | 1:36.771 | + 0:02.651 | 22 |
14 | 8 | Roman Qrojan | Haas | 1:37.039 | + 0:02.919 | 31 |
15 | 55 | Karlos Sayns | Toro Rosso | 1:37.083 | + 0:02.963 | 36 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:37.125 | + 0:03.005 | 25 |
17 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:37.300 | + 0:03.180 | 35 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:37.441 | + 0:03.321 | 30 |
19 | 18 | Ləns Stroll | Williams | 1:37.747 | + 0:03.627 | 36 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:37.819 | + 0:03.699 | 29 |