Rusiya-2017: Günün sürücüsü – Valtteri Bottas

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa üçüncü yerdən başlayan, lakin startdaca hər iki Ferrari sürücüsünü keçərək liderliyə yüksələn, yekunda isə karyerasında ilk qələbəsinə sevinən Valtteri Bottas  “Günün Sürücüsü” seçilib. Valtteri bu ada ilk dəfədir ki, layiq görülür.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*