Bu ildən DHL şirkətinin təsis etdiyi Fastest Pit Stop Award mükafatı yeni qaydalarla keçirilir – yarışın gedişində ən sürətli pit-stoplara görə komandalara elə əsl yarışda olduğu kimi xallar verilir. Şirkət bu yolla mükafat uğrunda mübarizəni daha maraqlı etdiyini düşünür, amma hələlik keçən il olduğu kimi bu çempionatda Williams komandası hegemonluq edir.
F-1.az bildirir ki, Williams bu dəfə estafeti Red Bull-a verməli olub – Avstriya komandasının mexanikləri Maks Ferstappenin maşınında dörd təkəri 2.33 saniyəyə dəyişiblər. Bu, daha enli yeni təkərlərlə indiyə qədər edilmiş ən sürətli pit-stopdur. İndiyə qədərki ən yaxşı nəticə isə keçən yarış Saxirdə qeydə alınmışdı – 2.34 saniyə.
Mercedes AMG, Williams və Toro Rosso komandalarının hər iki sürücü ilə etdikləri pit-stoplar ilk onluğa düşüblər. Ümumi nəticədə Qrouv təmsilçisinin liderliyi davam edir, Renault və Sauber-in isə hələ də xalı yoxdur…
Komanda | Cəmi | ||||||||||||||||||||
Williams | 40 | 25 | 31 | 20 | 121 | ||||||||||||||||
Red Bull | 6 | 27 | 19 | 25 | 77 | ||||||||||||||||
Mercedes AMG | 26 | 1 | 8 | 20 | 55 | ||||||||||||||||
Force İndia | 6 | 12 | 30 | 4 | 52 | ||||||||||||||||
Toro Rosso | 12 | 10 | 1 | 20 | 43 | ||||||||||||||||
Ferrari | 11 | 20 | 10 | 1 | 42 | ||||||||||||||||
McLaren | 0 | 0 | 2 | 6 | 8 | ||||||||||||||||
Haas | 0 | 6 | 0 | 0 | 6 | ||||||||||||||||
Renault | 0 | 0 | 0 | 0 | 0 | ||||||||||||||||
Sauber | 0 | 0 | 0 | 0 | 0 |