Rusiya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Soçidə keçirilən üç yarışın ikisində qalib gəlmiş Lyuis Həmiltonu daha şanslı hesab edirlər. Sebastyan Fettelin şansları isə Bəhreyndəkindən daha yüksək qiymətləndirilir. Cədvəldə növbəti yerləri lider komandaların finladniyalı sürücüləri Bottas və Rəykkönen tuturlar.

Rusiya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.00
Sebastyan Fettel 2.50
Valtteri Bottas 8.00
Kimi Rəykkönen 17.00
Daniel Rikkardo, Maks Ferstappen 34.00

 

Fettel ilk üç yarışdan sonra çempionata başçılıq edir, lakin bukmeykerlər Həmiltonu titula əsas namizəd hesab edirlər. Amma bu dəfə Fettelin şansları da kifayət qədər yüksək göstərilib…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.83
Sebastyan Fettel 2.10
Valtteri Bottas 23.00
Daniel Rikkardo 41.00
Kimi Rəykkönen, Maks Ferstappen 51.00

 

Mercedes AMG Mühəndislər Kubokunda hazırda Ferrari-dən üç xal geridə olsa da, bukmeykerlərin cədvəlində liderdir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.50
Ferrari 2.62
Red Bull 41.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Renault 1001.00
Haas 2001.00
Sauber 2501.00
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*