F-1.az bildirir ki, sürücülər ilk sessiyaya həftəsonunun ən sərt tərkibi Soft təkərlərlə başlayıblar. Asfaltla ilişmə az olub, lakin dəqiqələr keçdikcə, asfatldakı təkər qırıntıları artıb. Sürücülər ikinci və 14-cü dövrədə dəfələrlə yoldan çıxıblar və bu da həmin dövrələrdəki nəticələrin nəzərə alınması ilə nəticələnib.
Yerli sürücü Sergey Sirotkin Niko Hülkenberqin əvəzinə Renault R.S.17-nin sükanı arxasına keçib. Digər komandalar isə əsas sürücüləri ilə işləyiblər. Lakin rus pilot üçün sessiya uğursuz olub – iki dövrə vurduqdan sonra mühərrikdəki problemə görə dayanmalı olan Sergeyə mühəndislər təlimatlar versələr də, vəziyyət dəyişməyib və o, kokpiti tərk etməli olub. Maşın boksa gətirilib və Sirotkin üçün sessiya başa çatıb.
Haas komandası yeni təchizatçının – Carbon İndustries-in hazırladığı əyləcləri burada da sınaqdan keçirib, lakin Roman Qrojan bu əyləclərdən də şikayələnib. Startdan 65 dəqiqə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Esteban Okonun maşınının motor qapağı qopub. Fransız sürücü maşını boksa gətirərək mexaniklərə təslim edib, bir qədər sonra isə yenidən trasa qayıdıb.
Fettel 17-ci döngədə yerində fırlanıb, lakin maşın zədələnməyib. Sessiyanın sonuna yaxın isə Vandorn güc qurğusundakı problemə görə boksa qayıtmalı olub. Sürücülər sessiyanın ikinci hissəsində daha çox SuperSoft təkərlərlə işləyiblər. Kimi Rəykkönen protokolara başçılıq edib – 1:36.074. Ən böyük məsafəni isə Ləns Stroll qət edib – 30 dövrə.
Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:36.074 | – | 19 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:36.119 | + 0:00.045 | 24 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:36.681 | + 0:00.607 | 23 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:37.174 | + 0:01.100 | 19 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:37.230 | + 0:01.156 | 19 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:37.290 | + 0:01.216 | 19 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:37.457 | + 0:01.383 | 29 |
8 | 19 | Felipe Massa | Williams | 1:37.900 | + 0:01.826 | 29 |
9 | 18 | Ləns Stroll | Williams | 1:37.944 | + 0:01.870 | 30 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:38.065 | + 0:01.991 | 28 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:38.496 | + 0:02.422 | 17 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:38.747 | + 0:02.673 | 23 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:38.813 | + 0:02.739 | 16 |
14 | 55 | Karlos Sayns | Toro Rosso | 1:38.976 | + 0:02.902 | 17 |
15 | 30 | Colion Palmer | Renault | 1:39.158 | + 0:03.084 | 16 |
16 | 8 | Roman Qrojan | Haas | 1:39.533 | + 0:03.459 | 17 |
17 | 2 | Stoffel Vandorn | McLaren | 1:39.541 | + 0:03.467 | 19 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:39.731 | + 0:03.657 | 21 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:40.079 | + 0:04.005 | 20 |
20 | 46 | Sergey Sirotkin | Renault | – | – | 2 |