F-1.az xəbər verir ki, döngələrdə sürüşmələr, maşınların arxa körüpüsünün qaçması Soçi trasının artıq vizit kartına çevrilir – sürüşmələrdən biri Virtual Təhlükəsizlik Maşını (VSC) rejiminin elan olunmasına səbəb olub: Serxio Peres 13-cü döngədə dayanıb, amma marşallar maşını itələyərək trasa çıxardıqdan sonra meksikalı sürücü boksa qayıda bilib. Elə həmin yerdə Rosberq, Nasr, Qrojan, Həmilton və Alonso da səhvə yol veriblər – amma bu hallarda marşalların köməyinə ehtiyac olmayıb.
Təkərlərin yeyilməsi minimal olduğu üçün onları qızdırmaq əsas problem olub – təkərlər dərhal optimal işçi temperatura çıxmayıblar. Protokollara isə Həmilton başçılıq edib – 1:36.403, bu nəticə keçənilki poulun nəticəsindən 0.7 saniyə sürətlidir. Bizi maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:36.403 | – | 17 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:36.471 | + 0:00.068 | 22 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:37.007 | + 0:00.604 | 28 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:37.727 | + 0:01.324 | 14 |
5 | 19 | Felipe Massa | Williams | 1:37.918 | + 0:01.515 | 16 |
6 | 77 | Valtteri Bottas | Williams | 1:37.985 | + 0:01.582 | 16 |
7 | 33 | Maks Ferstappen | Toro Rosso | 1:38.133 | + 0:01.730 | 22 |
8 | 22 | Censon Batton | McLaren | 1:38.260 | + 0:01.857 | 14 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:38.465 | + 0:02.062 | 25 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:38.542 | + 0:02.139 | 18 |
11 | 3 | Daniel Rikkardo | Red Bull | 1:38.622 | + 0:02.219 | 23 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:38.633 | + 0:02.230 | 12 |
13 | 26 | Daniil Kvyat | Red Bull | 1:39.047 | + 0:02.644 | 15 |
14 | 27 | Niko Hülkenberq | Force İndia | 1:39.162 | + 0:02.759 | 16 |
15 | 21 | Esteban Qutyerres | Haas | 1:39.230 | + 0:02.827 | 18 |
16 | 20 | Kevin Maqnussen | Renault | 1:39.238 | + 0:02.835 | 16 |
17 | 8 | Roman Qrojan | Haas | 1:39.239 | + 0:02.836 | 15 |
18 | 30 | Colion Palmer | Renault | 1:39.589 | + 0:03.186 | 19 |
19 | 88 | Rio Haryanto | Manor | 1:39.599 | + 0:03.196 | 19 |
20 | 94 | Paskal Verlyayn | Manor | 1:39.663 | + 0:03.260 | 18 |
21 | 9 | Markus Eriksson | Sauber | 1:39.740 | + 0:03.337 | 23 |
22 | 12 | Felipe Nasr | Sauber | 1:39.898 | + 0:03.495 | 19 |