F-1.az xəbər verir ki, Pirelli bu trasa da mövsümdə ardıcıl olaraq dördüncü dəfə Medium – Soft – SuperSоft üçlüyünü gətirdiyi üçün ciddi tənqid olunub – hamının fikrincə, UltraSoft məhz bu trasda debüt etməli idi. Medium tərkibi ilə heç kim işləməyib, hətta SuperSoft tərkibini optimal işçi temperatura çatdırmaq üçün sürücülər bir neçə dövrə vurmalı olublar. Havanın soyuq olması sürücülərin işini bir qədər də çətinləşdirib.
İlk sessiyada Peresdən başqa hamı trasa qırmızı (SuperSoft) təkərlərlə çıxıb, amma Serxio sadəcə bir dövrə vurduqdan sonra sarı təkərləri qırmızı ilə əvəzləyib. Həmilton protokollara başçılıq edib – 1:36.006.
Yarışın direktorluğundan stüardlara bildirilib ki, Həmilton ikinci döngədə şikananı kəsərək trasa FİA-nın göstərdiyi yerdən qayıtmayıb – bu insidenti stüardlar sıralanma turundan sonra araşdıracaqlar. Mübarizəni isə Renault, Sauber və Manor komandaları tam heyətlə dayandırıblar.
İkinci sessiyaya hamı SuperSoft-la başlayıb. Bu dəfə elə ilk cəhdindən Rosberq protokollara başçılıq edib – 1:35.337, Həmilton komanda yoldaşına yarım saniyə uduzub, digərləri isə bir saniyədən çox geri qalıblar. Mübarizəni isə Haas və McLaren komandalarının sürücüləri ilə birlikdə Sayns və Hülkenberq dayandırıblar.
Fasilə zamanı məlum olub ki, Həmilton son sessiyada iştirak edə bilməyəcək – iki həftə əvvəl Çində olduğu kimi, bu dəfə də britaniyalı sürücünün maşınında MGU-H generatoru sıradan çıxıb.
Son sessiyada elə ilk cəhdində Rosberq poulun taleyini həll edib – 1:35.417, ikinci cəhdində bu nəticəni yaxşılaşdırmağa yaxın olsa da, 13-cü döngədə səhvə yol verib və boksa qayıdıb.
Rosberqə ən yaxın nəticəni 0.7 saniyə uduzaraq Fettel göstərib, amma ötürmələr qutusunun vaxtından əvvəl dəyişdirildiyi üçün 5 yer cəzası alan almaniyalı sürücü sabah yarışa 7-ci yerdən başlayacaq.
Niko Rosberq isə mövsümdə 2-ci, karyerasında isə 24-cü poulunu qazanıb. Sabah onunla birlikdə ilk cərgədən Bottas start alacaq. Rəykkönen və Massa isə ikinci cərgədən start almaqla liderliyə yüksəlməyə çalışacaqlar.
Bizi maraqlı start və yarış gözləyir!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 2 | 1:36.119 | 7 | 1 | 1:35.337 | 4 | 1:35.417 | 5 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 3 | 1:36.555 | 6 | 3 | 1:36.623 | 3 | 1:36.123 | 7 |
3 | 77 | Valtteri Bottas | Williams | 5 | 1:37.746 | 6 | 5 | 1:37.140 | 4 | 1:36.536 | 7 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 4 | 1:36.976 | 5 | 4 | 1:36.741 | 4 | 1:36.663 | 8 |
5 | 19 | Felipe Massa | Williams | 6 | 1:37.753 | 5 | 6 | 1:37.230 | 4 | 1:37.016 | 7 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 10 | 1:38.091 | 6 | 9 | 1:37.569 | 8 | 1:37.125 | 8 |
7 | 11 | Serxio Peres | Force İndia | 9 | 1:38.006 | 8 | 7 | 1:37.282 | 6 | 1:37.212 | 6 |
8 | 26 | Daniil Kvyat | Red Bull | 12 | 1:38.265 | 6 | 10 | 1:37.606 | 9 | 1:37.459 | 7 |
9 | 33 | Maks Ferstappen | Toro Rosso | 11 | 1:38.123 | 7 | 8 | 1:37.510 | 8 | 1:37.583 | 5 |
10 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:36.006 | 7 | 2 | 1:35.820 | 6 | – | 0 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 7 | 1:37.784 | 7 | 11 | 1:37.652 | 7 | ||
12 | 22 | Censon Batton | McLaren | 13 | 1:38.332 | 6 | 12 | 1:37.701 | 8 | ||
13 | 27 | Niko Hülkenberq | Force İndia | 15 | 1:38.562 | 9 | 13 | 1:37.771 | 8 | ||
14 | 14 | Fernando Alonso | McLaren | 8 | 1:37.971 | 6 | 14 | 1:37.807 | 8 | ||
15 | 8 | Roman Qrojan | Haas | 14 | 1:38.383 | 9 | 15 | 1:38.055 | 7 | ||
16 | 21 | Esteban Qutyerres | Haas | 16 | 1:38.678 | 10 | 16 | 1:38.115 | 8 | ||
17 | 20 | Kevin Maqnussen | Renault | 17 | 1:38.914 | 10 | |||||
18 | 30 | Colion Palmer | Renault | 18 | 1:39.009 | 9 | |||||
19 | 12 | Felipe Nasr | Sauber | 19 | 1:39.018 | 10 | |||||
20 | 94 | Paskal Verlyayn | Manor | 20 | 1:39.399 | 10 | |||||
21 | 88 | Rio Haryanto | Manor | 21 | 1:39.463 | 10 | |||||
22 | 9 | Markus Eriksson | Sauber | 22 | 1:39.519 | 10 |