Rusiya-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Rusiya Qran Prisi ərəfəsində Pirelli Motorsport-un başçısı Pol Hembri Soçi Avtodromunda baş tutacaq yarışdan gəzləntiləri ilə bölüşüb.

F-1.az bildirir ki, keçən ildən fərqli olaraq, bu dəfə komandalar üç təkər tərkibi ilə işləyəcəklər: Soft və SuperSoft tərkiblərindən əlavə bu dəfə Medium tərkibini də görəcəyik.

Pol Hembri: “Rusiyaya əvvəlki yarışdan cəmi altı ay keçmiş qayıdır. Çox güman ki, yazda trasın vəziyyəti tam fərqli olacaq. Soçi trası təkərlərin ən az aşılnan tras kimi tanınır. Ona görə də bu dəfə SuperSoft tərkibində daha uzun dövrələr seriyası görməyə ümid edirik – keçən il Lyuis Həmilton bunu bizə göstərmişdi.

Düzdür, builki artan sürətlər təkərlərin yeyilməsini sürətləndirə bilər, ona görə də sərbəst yürüşlər vacib əhəmiyyət kəsb edəcək – yeni şəraitdə təkərlərin effektivliyini qiymətləndirmək, maşınları sazlamaq çətin olacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*