F-1.az xəbər verir ki, sürücülər sessiyaya Soft təkərlərlə başlasalar da, tez bir zamanda SuperSoft-a keçiblər – qısa dövrələr seriyasında hər iki təkər tərkibinin yeyilmə dərəcəsini qiymətləndirmək bazar günü yarış üçün vacibdir. Medium tərkibi ilə heç kim işləməyib. SuperSoft tərkibini optimal rejimə çatdırmaq üçün bir neçə dövrə vurmaq lazım gəlib – çox güman ki, sıralanma turunda keçən il olduğu kimi sürücülər bir neçə dövrəlik seriyalarla işləyəcəklər.
Sessiyanın 30-cu dəqiqəsində Fettel start düzlüyündə dayanıb – gözlənilmədən elektronika motoru söndürüb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, maşın operativ təxliyə olunub və Sebastyan bir daha trasa qayıtmayıb.
Həmiltonun maşınında hidravlik sistemdə sızıntı əmələ gəlib, amma mexaniklər nasazlığı operativ aradan qaldırıblar. Sessiya başa çatdıqdan sonra isə 14-cü döngədə Paskal Verlyayn dayanıb.
Protokollara Həmilton başçılıq edib – 1:37.583, ən böyük məsafəni isə səhər olduğu kimi Valtteri Bottas qət edib – 42 dövrə. Sabah səhər məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:37.583 | – | 30 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:38.235 | +0:00.652 | 10 |
3 | 6 | Niko Rosberq | Mercedes | 1:38.450 | +0:00.867 | 37 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:38.793 | +0:01.210 | 35 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:39.084 | +0:01.501 | 34 |
6 | 77 | Valtteri Bottas | Williams | 1:39.185 | +0:01.602 | 42 |
7 | 26 | Daniil Kvyat | Red Bull | 1:39.193 | +0:01.610 | 32 |
8 | 22 | Censon Batton | McLaren | 1:39.196 | +0:01.613 | 31 |
9 | 19 | Felipe Massa | Williams | 1:39.289 | +0:01.706 | 38 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:39.400 | +0:01.817 | 30 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:39.465 | +0:01.882 | 37 |
12 | 33 | Maks Ferstappen | Toro Rosso | 1:39.501 | +0:01.918 | 30 |
13 | 27 | Niko Hülkenberq | Force India | 1:39.795 | +0:02.212 | 31 |
14 | 11 | Serxio Peres | Force India | 1:39.867 | +0:02.284 | 38 |
15 | 20 | Kevin Maqnussen | Renault | 1:40.193 | +0:02.610 | 41 |
16 | 8 | Roman Qrojan | Haas | 1:40.260 | +0:02.677 | 24 |
17 | 21 | Esteban Qutyerres | Haas | 1:40.508 | +0:02.925 | 26 |
18 | 30 | Colion Palmer | Renault | 1:40.688 | +0:03.105 | 37 |
19 | 12 | Felipe Nasr | Sauber | 1:40.740 | +0:03.157 | 31 |
20 | 88 | Rio Haryanto | Manor | 1:41.080 | +0:03.497 | 38 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:41.148 | +0:03.565 | 23 |
22 | 9 | Markus Eriksson | Sauber | 1:41.652 | +0:04.069 | 29 |