F-1.az xatırladır ki, Maqnussen yarışa 17-ci pillədən başlayıb və düzgün strategiya seçərək, yeddinci pilləyə qədər yüksəlib. Danimarkalı sürücü yarış ərzində Roman Qrojanın və Serxio Peresin hücumlarına tab gətirib.
Danimarkalı sürücü yarışı 7-ci yerdə bitirib və bu il həm özünün ilk xallarını qazanıb, həm də Formula1-ə qayıtdıqdn sonra Renault komandasına ilk xallarını qazandırıb.
Qeyd edək ki, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çində isə Daniil Kvyat günün sürücüsü seçilmişdi.