R.Qrojan Çempionlar Yarışının qalibidir! (video)

2012-ci il avtoidman mövsümü Tailandın paytaxtı Banqkokda başa çatıb – bu gün Çempionlar Yarışında çempionların çempionu bəlli olub. Bu il […]

2012-ci il avtoidman mövsümü Tailandın paytaxtı Banqkokda başa çatıb – bu gün Çempionlar Yarışında çempionların çempionu bəlli olub. Bu il yarışlar 25 illik yubileyini qeyd edib və birinci dəfə yarışların qalibi hazırkı Formula1 sürücüsü olub.

Roman Qrojan qrupda ilk duelində Mixael Şumaherə məğlub olsa da, sonra heç bir yarışda məğlub olmayıb – finalda onun rəqibi veteran sürücü Tom Kristensen olub.

Dörd qrupa bölünmüş 16 sürücü arasında Əndi Priolun ilkin mərhələdə mübarizəni dayandırması gözlənilməz olub: Dünya Turinq çempionatının üçqat qalibi çinli Ho Pin Tuna uduzub.

Dörddə bir finalda isə ilk sensasiya yaşanıb: KTM X-Bow maşınının sükanı arxasında Sebastyan Fettel səhvə yol verib və Qrojana uduzub. Qələbədən ruhlanan fransalı sürücü bir gün əvvəl Fettelə komanda yoldaşlığı etmiş Mixael Şumaheri yarımfinalda dayandırıb.

Lotus komandasının sürücüsünün finalda rəqibi olan Tom Kristensen isə dörddə bir finalda keçənilki qalib Sebastyen Ojyeni, yarımfinalda isə Dəvid Kulthardı üstələyib. Amma Romana qarşı “Mister Lə Man” acız olub – hər iki qarşılaşmada Lotus sürücüsü cüzi fərqlə irəlidə olub.

Qrojan Milad bayramı ərəfəsində özünə mövsümün ən yaxşı hədiyyəsini edib, hərçənd, aydındır ki, sürücü bu qələbəni asanlıqla Lotus komandası ilə gələn il üçün müqaviləyə dəyişərdi…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*