GP2 seriyasında 3 mövsüm keçirmiş 26 yaşlı venesuelalı sürücü Rodolfo Qonsales Marussia komandası ilə test və ehtiyat sürücü müqaviləsi imzalayıb – bu barədə Finlandiyanın Turun Sanomat qəzeti xəbər yayıb.
Beləliklə, Marussia komandası mövsümə 3 debütantla başlayır: Jül Byanki, Maks Çilton və Rodolfo Qonsales.
Keçən ilin sentyabrında Rodolfo Manyi Kurda Force İndia komandasında gənc sürücülərin testlərində iştirak etmişdi…