F-1.az xəbər verir ki, mövsümün sonuna iki mərhələ qalmış Toyota komandasının finlandiyalı sürücüsü Kalle Rovanpera rəqibləri üçün əlçatmaz olub. Kalle 22 yaşını dünən qeyd edib və 27 il əvvəl Kolin Makreydən sonra titul qazanan ən gənc ralli sürücüsü olub.
Bu gün sürücülər 4 dopda yarışıblar – ilk dopda Kalle, daha sonra isə titul uğrunda onun əsas rəqibi Hyundai-nin sürücüsü Ott Tənak fərqləniblər.
Nahardan sonra Sebastyen Ojye gənc sürücülərdən geri qalmadığını sübut edib. Nəhayət, günün sonuncu bonuslu dopunda Kalle yenə də hamıdan sürətli olub və maksimum (25+5) xal toplayıb.
Yeni Zelandiyada Ojye 2-ci olub, Tənak isə podiumu tamamlayıb.
Növbəti dəfə çempionat iştirakçıları 3 həftədən sonra İspaniyada bir araya gələcəklər…