Rovanpera liderliyi ələ alıb və titulun bir addımlığındadır

Bu gün Dünya Ralli Çempionatında (WRC) mövsümün 11-ci mərhələsi Yeni Zelandiyada titul uğrunda mübarizə 6 dopla davam edib.

Bugünkü mübarizədən danışmamış deyək ki, dünən axşam hakimlər Hyundai-nin sürücüləri Ott Tənak və Tyerri Növillə cərimə təyin ediblər. Hər iki sürücünün yekun nəticəsinin üzərinə hibrid enerjisindən normadan çox istifadəyə görə 5 saniyə əlavə olunub. Yekunda Tyerri çox şey itirməsə də, Ott liderliyi əldən verib və Toyota-dan Elfin Evansın gerisinə düşüb.

Amma bu gün doplarda mübarizə ralli qaydasına görə böyük fərqlə yarışa qayıdan Ford sürücüsü Kreyq Brin və titula əsas namizəd Toyota-dan Kalle Rovanpera arasında gedib. Sürücülər hərəyə 3 dopda qələbə çalıblar.

F-1.az xəbər verir ki, nahardan sonra yağan yağış Elfin Evansın, Takamoto Katsutanın (mövsümdə ilk dəfə) və Qus Qrinsmitin qəzalarına səbəb olub.

Yekunda isə Tənak daha 10 saniyə cərimə alıb və liderliyə yüksəlmiş Rovanperaya sonuncu gün ərəfəsində 46.4 saniyə uduzur. Toyota-dan Sebastyen Ojye liderin 29 saniyə gerisindədir.

Sabah sürücüləri son 4 dop gözləyir. Əgər sürücülər yerlərini finişə qədər dəyişməsələr, onda WRC tarixin ən gənc çempionunu qazanacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*