F-1.az xəbər verir ki, bütün məsafəni quru trasda keçirdikləri mövsümün ilk mərhələsi Monte Karlodan fərqli olaraq, İsveç mərhələsi iştirakçıları şaxta və yüksək qar yağıntısı ilə qarşılayıb.
İlk günün proqramına 5,16 km-lik sürətli sahə daxildir ki, bu dopda start keçənilki mövsümün yekun nəticəsiniə uyğun verilir.
Son titul sahibi Kalle Rovanpera Toyota ilə mərhələyə birinci başlayıb. Adətən sahənin açılışını etməyin sərfəli olmadığını qəbul etsək, finlandiyalı sürücünün nəticəsi 3:23,3 güclü olub və doğrudan da sona qədər ən yaxşı olaraq qalıb.
Ott Tənak Ford Puma ilə ikinci nəticə göstərib (+1,6), Toyota-nın digər nümayəndəsi Elfin Evans (+3,1) isə ilk üçlüyü tamamlayıb.
Hyundai-nin lideri Tyerri Növill özünü yaxşı hiss etməsə də, komanda yoldaşı Esapekki Lappini arxasında beşinci olub – belçikalı sürücü liderə cəmi 5 saniyə uduzub.
Cümə günü Umea şəhəri yaxınlığında mübarizə qızışacaq: günün proqramına yeddi yüksək sürətli dop daxildir.