Rovanpera fərqi xeyli artırıb

Dünya Ralli Çempionatının (WRC) növbəti mərhələsi Portuqaliyanın meşələrində davam edir. Şənbə günü çempionat iştirakçıları tozlu-torpaqlı meşə yollarında 7 dopu arxada qoyublar.

F-1.az xəbər verir ki, cümə gününü 10.8 saniyə üstünlüklə başa vuran sonuncu dünya çempionu Kalle Rovanpera bu dəfə rəqiblərinə heç bir şans verməyib. Günün 5 dopunda birinci olan Toyota-nın gənc sürücüsü şənbəni 57.5 saniyəlik fərqlə bağlayıb.

Finlandiyalı sürücü günün sonunda ehtiyat etdiyindən 2 dopda qələbəni ralli əsas rəqibi Dani Sordo qazanıb. Hyundai-nin veteran sürücüsü bazar günü qələbə uğrunda deyil, məhz yerini qorumağa çalışacaq.

Cümə günü podiumun son pilləsi uğrunda mübarizə aparan 3 sürücüdən biri – Pyer Luis Lube nasazlıq üzündən rallini dayandırmalı olub. Hyundai-nin digər iki sürücüsü Tyerri Növill və Esapekka Lappi isə bir-birini ruhlandıraraq komanda yoldaşları Sordoya çatıblar. Sordo hazırda bu cütlüyü 11 saniyə qabaqlayır – Tyerri və Esapekka arasında isə 2.3 saniyə fərq var.

Qarşıdakı sürücülərin problemləri sayəsində Ford-dan rallidə qalan yeganə sürücü Ott Tənak 5-ci yerə yüksəlib. Estoniyalı dünya çempionu podiuma bir dəqiqədən çox uduzur, ona görə də böyük ehtimalla bazar günü sonuncu bonus mərhələni qazanmağa çalışacaq.

Bazar günü ralli 4 dopla başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*