F-1.az xəbər verir ki, cümə gününü 36 saniyəlik fərqlə öndə başa vuran Sebastyen Ojye bu dəfə tələsməyib. Toyota-nın əfsanəsi bir dopda rəqiblərindən üstün olsa da, digər doplarda daha ehtiyatla davaranaraq səhvə yol verməməyə çalışıb.
Sebin əsas təqibçisi sonuncu dünya çempionu Kalle Rovanpera isə 3 dopda qalib gəlib və günün sonuna 8 qat dünya çempionu ilə fərqi 16 saniyəyə endirib.
Hyundai-dən Tyerri Növill yalnız 12-ci dopda qələbə qazanmaqla Toyota-nın doplarda qələbə seriyasını dayandıra bilib. Bundan sonrakı dopda da qələbəyə sevinən belçikalı sürücü günün sonunda Seblə fərqi 32 saniyəyə salıb.
Toyota-nın digər sürücüsü Elfin Evans Ford-un mübarizədə qalan yeganə sürücüsü Ott Tənakı keçərək 4-cü yerə yüksəlib. İlk altılığı isə Toyota-dan Takamoto Katsuta tamamlayıb.
Monte Karlo rallisi bazar günü 4 dopla başa çatacaq…