F-1.az xatırladır ki, dünən keçirilən hər 2 sərbəst yürüşdə Lyuis Həmilton 1-ci olarkən, Rosberq ilk sessiyada 2-ci, növbəti sessiyada isə Sebastyan Fetteldən də geri qalaraq 3-cü olmuşdu.
Niko Rosberq: “Təkərlərin tempraturuna görəmi, yoxsa sürüş tərzimə görəmi belə oldu bilmirəm, amma səbəbini tapmalıyam. Yarış simulyasiyasında maşın yaxşı idi.
Ferrari bizə çox yaxın görünür. Amma cümə günü olan nəticələrə baxıb fikir bildirmək düzgün deyil. Nə qədər yanacaqla trasa çıxdıqlarını və motorun gücünü nə qədər açdıqlarını bilmirik. Red Bull son sessiyada motorun gücünü azaltmışdı, ona görə də nəticələri zəif oldu”.