F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Formula1 üzrə Dünya Çempionu olduqdan 5 gün sonra istefa verərək, Formula1 karyerasını bitirmişdi. Almaniyalı sürücü Mercedes komandasının 2014-cü il bolidi W05-i sürərək, istefadan sonra ilk dəfə Formula1 bolidinin sükanı arxasına əyləşib.
Lakin Formula1 bolidinə qayıdan tək adam Rosberq olmayıb. Təxminən 1 ay bundan əvvəl Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyada 115 dövrə vurmuş Robert Kubitsa da Qudvudda Formula1 maşınının sükanı arxasına keçib. Polşalı sürücü burada da Lotus E20-ni idarə edib. 32 yaşlı sürücü heç bir problem yaşamadan günü tamamlaya bilibdir.
https://www.youtube.com/watch?v=DnIUr5d1C_0
Valtteri Bottas isə Niko Rosberqdən sonra W05-in sükanı arxasına keçərək, azarkeşlərə şou göstərib.
Sabiq Formula1 sürücüsü Nik Haydfield isə Forula E maşını ilə azarkeşləri coşdurub.