F-1.az bildirir ki, Mercedes AMG-nin texniki direktoru Pəddi Lou sürücülərinin çempionluq şansları, motorların vəziyyəti və Braziliya Qran Prisi barədə danışıb.
Pəddi Lou: “İkisinin də vəziyyəti bərabərdir. Lakin dürüst olmalıyam – vəziyyətləri heç də ideal deyil. Onu deyə bilərəm ki, birinin digərinə qarşı üstünlük əldə edəcəyi bir şey yoxdur. Həmişə iki yaxşı maşınımız və güc qurğumuz olması üçün hər şeyi edirik. Meksikada yenə ilk iki yeri tutduq. İki maşın da damalı bayrağı gördü və bu, möhtəşəm idi.
Hər zaman olduğu kimi, qarşıdakı yarış barədə proqnoz vermirəm. Meksikada hər şey əla idi. Mübarizə vardı. Lakin burada necə olacağını bilmirəm. Bir çox şey maşınların sazlanmasından, təkərlərin necə işləyəcəyindən asılıdır. İndiki vəziyyətdə təkərlər çox rol oynayır. Ferrari-nin sıralanma turunda məyus olduğunu gördünüz. Maşınları pis deyil, amma sıralanma turunda istədikləri nəticələri əldə edə bilmədilər”.