F-1.az xatırladır ki, mövsümün son iki yarışında çempionluq uğrunda mübarizə aparacaqlar və hər iki sürücü də heç kəsdən kömək istəmədiklərini, əksinə, sərt mübarizə istədiklərini deyib.
Xatırladaq ki, Mercedes Motorsport-un rəhbəri Maks Ferstappenin atası Yos Ferstappenə zəng eləmişdi və bu, birmənalı qarşılanmamışdı.
Lyuis Həmilton: “Mən istəyirəm ki, mübarizə apardığım hər sürücü ortaya 100 faizlik gücünü qoysun”.
Niko Rosberq: “Kimsə çempionluq uğrunda mübarizə aparır deyə ona fərqli davrana bilməzsiniz. O da bir rəqibdir və onunla da rəqib kimi davranmaq lazımdır. Mən həmişə belə etmişəm və hamının belə davranacağına əminəm”.