Rosberq: Mik Şumaxerin 2024-cü ildə qayıtmaq şansı olacaq

Niko Rosberq Mik Şumaxerin ötən mövsümdəki çıxışını şərh edib.

F-1.az xəbər verir ki, 2016-cı ilin dünya çempionunun sözlərinə görə, Mik zəngin sponsor tapa bilsə, Formula1-ə qayıtmaq şansı qazanacaq.

Niko Rosberq: “Mikin Formula1-də şans qazanması çox gözəldir – onun çıxışlarını izləmək mənə maraqlı idi. Təəssüf ki, onun üçün çətin oldu, çünki yarış məsafəsində onun maşını pelotonun ən pisi idi. Belə şəraitdə onun nəticələrini Kevin Maqnussenin nəticələri ilə müqayisə edə bilərik.

Partnyorundan fərqli olaraq, Mik sabitlikdən məhrum idi, Kevin isə əlinə düşən fürsətdən əla yararlanırdı. Şumaxerin kifayət qədər təcrübəsi yox idi və indi karyerasında fasilə yaranıb.

2023-cü ildə Mercedes-də ehtiyat sürücü rolu Mik üçün yaxşı seçimdir. Deməli, onun 2024-cü ildə qayıtmaq şansı olacaq, lakin onun qayıdışına maddi dəstək verəcək zəngin sponsora ehtiyacı olacaq. Əgər Mik 2024-cü ildə qayıtmasa, o zaman böyük ehtimalla Formula1-lə vidalaşmalı olacaq.

Onun üçün digər maraqlı variantlar açıqdır – DTM, Formula E, İndyCar. Bunlar Mikin özünü sübut edə biləcəyi və əylənə biləcəyi möhtəşəm yarış seriyalarıdır. Şumaxer hansı seriyanı seçsə, təşkilatçılar şad olarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*