F-1.az xəbər verir ki, reqlamentə əsasən, əvvəlcə iki qrupa bölünmüç sürücülər növbəti sessiyaya keçmək hüququ verən ilk altılığa düşmək uğrunda mübarizə aparıblar.
Birinci qrupda protkollara Cozef Nyuqarden başçılıq edib. Onunla birlikdə Roman Qrojan, Aleks Rossi, Kayl Körkvud, Skott Dikson və Rinus ViKey növbəti mərhələyə vəsiqə qazanıblar. Mövsümün lideri Markus Eriksson isə 7-ci nəticə ilə mübarizəni dayandırıb.
İkinci qrupda protokollar Aleks Palou başçılıq edib. Onunla birlikdə Pato O Vard, Skott MakLaflin, Kristian Lundqard, Feliks Rozenkvist və Vill Pauer mübarizəni davam etdiriblər. Bu qrupda 7-ci nəticəni Kolton Herta göstərib.
İkinci sessiyada 12 sürücü mübarizəni davam etdirib. Bu dəfə Roman Qrojan əla formada olduğunu göstərib və son sessiyaya ilk vəsiqəni özünə təmin edib. Daha sonra Pato O Vard, Skott MakLaflin, Aleks Palou, Kristian Lundqard və Skott Dikson da adlarını ilk altılığa yazdırıblar.
Super Poul adlanan son sessiyada fransalı keçmiş F1 sürücüsü Roman Qrojan rəqiblərinə heç bir şans verməyərək poulu qazanıb – bu, Andretti AutoSport komandasının sürücüsü üçün mövsümdə 2-ci poul olub. Karyerasında 3-cü poulunu qazanan Roman sabah ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq.
İkinci nəticəni Chip Ganassi Racing komandasından Aleks Palou göstərib. İlk üçlüyü isə McLaren komandasının sürücüsü Pato O Vard tamamlayıb.
Bazar günü Bakı vaxtı ilə saat 23:15-də İndyCar seriyasında mövsümün 4-cü yarışı başlayacaq…