F-1.az xəbər verir ki, o, keçən ilin bütün ikinci yarısını və bu ilin əvvəlini uçuş məktəbində təlim keçməyə və kiçik təyyarələri mənimsəməyə həsr edib və indi o, ikimühərrikli Beechcraft Baron-un sahibi olub – bu, Amerika istehsalı olan məşhur təyyarədir.
Bir il əvvəl keçmiş Formula1 sürücüsü ailəsi ilə birlikdə ABŞ-yə köçüb, Floridada məskunlaşıb və hesab edir ki, İndyCar testlərinin və yarışlarının keçirildiyi avtodromlara hava yolu ilə getmək daha rahatdır. Bundan əlavə, onun sözlərinə görə, gənclik illərindən aviasiyaya həvəsi olub.
Amerika mənbələrinə görə, Qrojanın aldığı kimi işlənmiş bir təyyarənin orta qiyməti təxminən 925 min dollardır, lakin daha ucuzunu da tapmaq olar. Roman Baron-u üçün nə qədər pul ödədiyini açıqlamasa da, şərhlərdə təyyarəni çox bəyəndiyini vurğulayıb.