F-1.az bildirir ki, bunu Haas komandasının sürücüsü Roman Qrojan bildirib.
“Formula1 avtoidmanın ən üst pilləsidir. Bu cür yüksəkliyə çatmaq həmişə asan olmur. Formula1-ə həmişə ən yaxşı pilotlar daxil olmalıdır. Ən sürətli və çətin idarə olunan maşınlar buradadır. Bəzən onları idarə etmək olduqca çətin görünür, lakin Formula1 gələcəkdə avtomobillərin kütləvi istehsalında istifadə olunacaq həll yollarının sınaqdan keçirildiyi laboratoriya olaraq qalmalıdır”, – deyə Qrojan bildirib.