F-1.az xatırladır ki, ROKiT keçən il Williams komandası ilə tərəfdaşlığa başlasa da, bu ilin may ayında tərəflər yollarını ayırmışdı. Ancaq ROKiT şirkətinin Formula1-dən çəkilmək fikri yoxdur.
Britaniyalı şirkət son 5 ilin Dünya Çempionu Mercedes komandası ilə müqavilə bağlamağa hazırlaşır. Lakin almanlar bu barədə heç bir açıqlama verməyiblər.
Əgər tərəflər razılaşsa, Mercedes komandası bu il İNEOS-dan sonra ikinci vacib tərəfdaşlıq müqaviləsi imzalayacaq. Qeyd edək ki, “gümüşü oxlar”-ın hazırda Petronas, Bose, Monster Energy kimi böyük sponsorları var.