RoC: Almaniya millisi ardıcıl 6-cı dəfə Millətlər Kubokuna sahib çıxıb

Bu gün Tailandın paytaxtı Banqkokda Çempionlar Yarışı start alıb. Ənənəvi olaraq şənbə günü Millətlər Kubokunun sahibi müəyyənləşib – səkkiz milli […]

Bu gün Tailandın paytaxtı Banqkokda Çempionlar Yarışı start alıb. Ənənəvi olaraq şənbə günü Millətlər Kubokunun sahibi müəyyənləşib – səkkiz milli komanda iki qrupda bu mükafat uğrunda mübarizəyə başlayıb. Yekunda Almaniya millisi 6-cı ardıcıl qələbəsini bayram edib – Mixael Şumaher və Sebastyan Fettel bu gün heç bir yarışda uduzmayıblar!

Qrup mərhələsində gözlənilmədən Britaniya millisi zəif çıxış edib. Formula1-də 13 Qran Prinin qalibi Dəvid Kulthard və Dünya Turinq çempionatının üçqat qalibi Əndi Priol sürətli olsalar da, baryerlərə toxunaraq “sarı vərəqələr” alıblar.

A qrupundan növbəti mərhələyə fransalılar və “Bütün ulduzlar” komandası, B qrupundan isə almaniyalılar və avstraliyalılar çıxıblar. Reqlamentə görə qrup iştirakçıları öz aralarında bir daha görüşərək finalçıları müəyyən ediblər. İlk cütlükdə Roman Qrojan və Sebastyen Ojye Çempionlar yarışının daimi iştirakçısı, “Mister Lə Man” ləqəbli Tom Kristensen və MotoGP-nin ikiqat çempionu Xorxe Lorenso ilə üzləşiblər. Fransalılar problemsiz finala çıxıblar.

Almaniyalılar da yarımfinalda problem yaşamayıblar: V8 Supercar çempionatının dördqat qalibi Ceymi Uinkap və veteran motosürücü, beşqat dünya çempionu Mik Duhən ciddi müqavimət göstərə bilməyiblər.

Finalda Formula1-in onqat dünya çempionları fransalılara şans verməyiblər və altıncı dəfə ardıcıl qələbə qazanıblar. podiumda Mixael bildirib ki, hələ gələn il yeddinci titulu almağa gələcək.

Sabah Çempionlar Yarışında sürücülər arasında 2012-ci ilin ən güclü sürücüsü müəyyən olunacaq…

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*