Robert Kubitsa bu il WRT komandasına qayıdacaq

Belçikanın WRT komandası 2023-cü ildə Dünya Dözümlülük Çempionatında (WEC) LMP2 sinfində yarışacaq iki ekipajdan birincisinin heyətini açıqlayıb.

F-1.az xəbər verir ki, Lui Deletraz və Rui Andrade ilə birlikdə 41 nömrəli Oreca 07 prototipini Robert Kubitsa idarə edəcək.

Ekipaj beynəlxalq alınıb: Deletraz İsveçrəni, Andrade Anqolanı, Kubitsa isə Polşanı təmsil edir. Robert artıq WRT ilə işləmək təcrübəsinə malikdir: polşalı sürücü 2021-ci ildə Deletraz və çinli sürücü Ye Yifeylə birlikdə ELMS seriyasında titul qazanıb.

Robert Kubitsa: “WRT ailəsinə qayıtdığım üçün çox xoşbəxtəm və bu dəfə bu komandanı WEC-də təmsil edəcəyəm. 2021-ci ildə biz ELMS-də birlikdə yarışmışıq və 41 nömrəli maşında çempionluğu qazanmışıq.

Bu, mənim Lui ilə üçüncü ilim olacaq və Rui ilə ilk dəfə işləyəcəyəm, amma mən onu yaxşı tanıyıram, çünki biz paddokda görüşmüşdük. İMSA seriayasında birlikdə çıxış etdikləri üçün Lui həmişə ondan yaxşı danışıb.

WEC və Le Manda yarış böyük sınaqdır və bu dəfə orada əlavə bir dövrə vurmaq əla olardı, çünki 2021-ci ildə bunu edə bilmədik, buna görə son dövrədə qələbəni əldən verdik. Mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün çox çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*