R.Nozetto dünyasını dəyişib

Ferrari komandası Barselona testlərində 2013-cü il mövsümünə hazırlaşdığı bir vaxtda İtaliyadan qara xəbər gəlib – keçən əsrin 70-ci illərində Skuderiyanın […]

Ferrari komandası Barselona testlərində 2013-cü il mövsümünə hazırlaşdığı bir vaxtda İtaliyadan qara xəbər gəlib – keçən əsrin 70-ci illərində Skuderiyanın idman direktoru olmuş və komandanın inkişafında böyük zəhmət çəkmiş Roberto Nozetto dünyasını dəyişib.

Ferrari-də karyerasını başa vurduqdan sonra Nozetto İmola avtodromunun direktoru işləyib, daha sonra isə MotoGP və World Superbike seriyalarında yarış dirketoru olub.

Stefano Domenikali, Ferrari komandasının başçısı: “Roberto Nozettonun vəfatı məni çox sarsıdıb. Bu insan Skuderiyanın tarixi ilə sıx bağlı idi, mənim də karyeraımda çox vacib rol oynamışdı – mən hələ tələbə olarkən onun başçılıq etdiyi İmola avtodrumunda işləməyə başlamışdım. Həmin illərdə mən ondan çox şey öyrənməyə çalışırdım…”

Şəkildə (sağdan sola): Roberto Nozetto, Jil Vilnöv, Entso Ferrari və İmola avtodromunun o vaxtkı direktoru…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*