F-1.az xatırladır ki, RNF Racing 2021-ci ilin sonunda MotoGP-dən gedən Petronas Sepang Racing Team-in yerinə gəlmişdi. Onlar 2022-ci ildə Yamaha-nın peyk komandası olaraq davam etmişdilər və mövsüm ərzində cəmi 37 xal toplaya bilmişdilər.
Buna görə də onlar Yamaha ilə müqavilələrini uzatmayaraq, Aptilia ilə işləməyə başlamışdılar. Beləliklə, RNF Racing 2015-ci ildə MotoGP-yə qayıdan Aprilia-nın ilk peyk komandası olub.
RNF bu il iki yeni sürücü ilə yarışacaq – Migel Oliveyra və Raul Fernandes. Bundan başqa komandanın yeni səhmdarları var – CryptoData.
Komandanın rəhbəri Razlan Ratsali: “Yeni mövsümə yenilənmiş ruhla və yeni CryptoData RNF MotoGP komandasını əks etdirən cəsarətli rəng çalarımızla başlayırıq. Komanda olaraq dəyişməyə və inkişaf etməyə köklənmişik.
Ən son texnologiyanı idmana gətirmək üçün CryptoData ilə tərəfdaşlıq qurduq. Amma əsas odur ki, komanda olaraq yaxşı nəticələr qazanaq”.