R.Kubitsanın vəziyyəti pisləşib

Robert Kubitsanın rəfiqəsi Edita Vitas bildirib ki, polşalı sürücünün vəziyyəti bir qədər pisləşib. xatırladaq ki, cümə günü sürücünün üzərində doqquzsaatlıq […]

Robert Kubitsanın rəfiqəsi Edita Vitas bildirib ki, polşalı sürücünün vəziyyəti bir qədər pisləşib. xatırladaq ki, cümə günü sürücünün üzərində doqquzsaatlıq əməliyyat olunmuşdu.

Əməliyyat zamanı Santa Corona hospitalının həkimləri Robertin dabanında, dirsəyində və çiynində ağır qəzanın nəticələrini aradan qaldırıblar. Edita Polşanın TVN24 telekanalına müsahibəsində bildirib ki, “Robertin vəziyyəti bir qədər pisləşib – həm fiziki, həm də psixoloji planda…”

Bu gün sürücünün adi palataya keçirilməsi planlaşdırılsa da, həkimlər sürücünü intensiv terapiya şöbəsində saxlamağı qərara alıblar. İki gündən sonra sürücünün dirsəyində sonuncu əməliyyat olmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*