R.Kubitsanı daha bir əməliyyat gözləyir

Robert Kubitsanı dördüncü əməliyyat gözləyir: professor Luici Çelli İtaliya mətbuatına bildirib ki, sabah sürücünün üzərində daha bir cərrahiyə əməliyyatı olunacaq […]

Robert Kubitsanı dördüncü əməliyyat gözləyir: professor Luici Çelli İtaliya mətbuatına bildirib ki, sabah sürücünün üzərində daha bir cərrahiyə əməliyyatı olunacaq və məqsəd sürücünün dirsəyinin hərəkətliliyini yaxşılaşdırmaq olacaq.

Almaniyanın Motorsport-Total qəzetinin bildirdiyinə görə, bu məlumat Lotus Renault GP komandasının həkiminin Rikkardo Çekkarellinin dünən dedikləri ilə ziddəyət təşkil edir, çünki komandanın həkimi bildirmişdi ki, yeni əməliyyata ehtiyac yoxdur.

Ümumilikdə həkimlər polşalı sürücünün sağlamlığından razıdırlar və qeyd ediblər ki, Kubitsa doğrudan da sürətlə sağalır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*