R.Kubitsa yenə də rallidə çıxış edəcək

Formula1-də Malayziya və Çin Qran Priləri arasındakı ikihəftəlik fasiləni Robert Kubitsa öz hobbisinə – ralli yarışlarına həsr edib. Polşalı sürücü […]

Formula1-də Malayziya və Çin Qran Priləri arasındakı ikihəftəlik fasiləni Robert Kubitsa öz hobbisinə – ralli yarışlarına həsr edib. Polşalı sürücü artıq üç dəfə rəsmi yarışlarda çıxış edib və indi dördüncü cəhdinə hazırlaşır. Bu dəfə o, Citta di Forli – Trofeo Terme di Castrocaro yarışının startına Renault Clio S1600-ün sükanı arxasında çıxacaq.

Bu birgünlük asfalt yarışı aprelin 11-də İtaliyanın Ravenna şəhərciyinin ətraf yollarında Adriatik dənizinin sahillərində keçirilir. Yarışın xüsusiyyəti ondadır ki, bütün yarış məsafəsi uzunluğu 12.5 km olan yeganə düz sürətli yoldan ibarətdir, düzdür, sürücülər bu yolu dörd dəfə qət etməlidirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*