R.Kubitsa: “Komanda hər şeyi aydınlaşdırmalıdır”

BMW Sauber hesab edir ki, Robert Kubitsa Avstraliyada qələbə qazana bilərdi – əgər polşalı sürücü finişə bir neçə dövrə qalmış […]

BMW Sauber hesab edir ki, Robert Kubitsa Avstraliyada qələbə qazana bilərdi – əgər polşalı sürücü finişə bir neçə dövrə qalmış 2-ci yer uğrunda mübarizədə Red Bull sürücüsü Sebastyan Fettellə toqquşmasaydı hər şey ola bilərdi. Amma bundan sonra komanda zəifləməyə başladı və mövsümün sonuncu yarışında çox uğursuz çıxış edib: ilk döngədə Robert Kubitsa və Nik Haydfeld toqquşublar, buna görə burun elementini dəyişmək üçün hər iki sürücü pit-stopa getməli olub. Yarışı isə BMW Sauber sürücüləri sonuncu yerlərdə başa vurublar. Münhendə dərc olunan Abendzeitung qəzeti Kubitsadan müsahibə götürüb, polşalı sürücü uik-end yekun vurub və gələcək perspektivlərdən danışıb…

Robert Kubitsa: “Qəribə deyil, əgər sizin maşına sürət çatmırsa, siz sonuncu eyrlərdən start alırsınız, burda isə problemlər həmişə olur. Yəqin buna görə də biz Niklə toqquşduq, bu çox pisdir. İstənilən halda hazırkə vəziyyətdə Bəhreyndə biz yaxşı nəticə göstərə bilməyəcəkdik. İlin əvvəlindən maşında heç bir yenilik edilməyib, ilk yeniliklər Barselona üçün planlaşdırılıb. Baxaq görək bu dəfə necə olacaq, amma inanmıram ki, vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişəcək.

Bəlkə biz liderlərə bir qədər yaxınlaşdıq, amma digər komandalar da maşınlarını təkmilləşdirirlər. Titul barədə artıq söhbət getmir, baxmayaraq ki, qarşıda çox yarışlar var və hər şey ola bilər. İndi vəziyyət belədir, amma ruhdan düşmək olmaz. Mənim karyeramda bundan da çətin anlar olub, amma mən öz gücümə inanıram. Biz sadəcə gərgin işləməliyik. Maşının təkmilləşdirilməsi tempi bu gün idealdan uzaqdır. Komanda hər şeyi aydınlaşdırmalıdır, biz başa düşməliyik ki, niyə sürətimiz aşağıdır və problemlərimizi həll etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*